• 19 Eylül 2024 Perşembe

Batumi faciəsinin səbəbi açıqlandı: Şübhəlilər saxlanıldı - VİDEO

Batumi faciəsinin səbəbi açıqlandı: Şübhəlilər saxlanıldı - VİDEO

Batumidə yaşayış binasının bir hissəsinin çökməsi ilə bağlı aparılan istintaq çərçivəsində üç nəfər həbs olunub. Onlardan biri binada təmir işi aparılan mənzilin sahibi, digər iki nəfər isə fəhlədir.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, mənzil sahibinin rəhbərliyi altında təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə mənzildə tikinti və təmir işləri aparılıb. Bu isə binanın girişlərindən birinin tamamilə çökməsi ilə nəticələnib.

ÖNCEKİ HABER

Pakistanın nüvə proqramına rəhbərlik etmiş alim vəfat etdi

SONRAKİ HABER

Futbol millimizə texniki məğlubiyyət verilə bilər