Moskvada dəhşətli qətl hadisəsi kameraların obyektivinə düşüb.
Hadisə Kiyevski dəmiryol stansiyasında baş verib.
Ətrafdakı təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın olur ki, bir kişi mübahisə etdiyi qadını elektrik avtobusunun təkərlərinin altına atır.
Qadın aldığı travmalardan hadisə yerində ölüb.
Hadisənin şəxsi münaqişə səbəbindən baş verdiyi bildirilib. Görüntülərdən aydın olur ki, kişi qadını təpikləməyə başlayıb və onu sərt şəkildə itələyib. Başı asfalta dəyən və yoldan keçən avtobusun altına düşən qız aldığı xəsarətlərdən dünyasını dəyişib.
Dəhşətli hadisənin səbəbkarı artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
Mənbə: “Mash” “Telegram” kanalı