• 19 Eylül 2024 Perşembe

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələndi

Bakıda qonşular arasında dava bıçaqlanma ilə nəticələndi

Bakının Sabunçu rayonunda 59 yaşlı kişi bıçaq xəsarətləri alıb.

APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində baş verib.

 

1962-ci il təvəllüdlü Əhmədov Asəf İslam oğlu qonşuluğunda yaşayan, hələlik adı açıqlanmayan şəxslə əlbəyaxa dava edib. Dava zamanı o döyülüb, daha sonra A.Əhmədova bıçaq xəsarəti yetirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

ÖNCEKİ HABER

İlham Əliyev Türkiyəyə səfər edəcək - FOTO

SONRAKİ HABER

“Microsoft”un imzasını almış virus yayılıb