• 21 Eylül 2024 Cumartesi

Türkiyənin keçmiş XİN başçısı: “Bizə mütləq sülh lazımdır”

Türkiyənin keçmiş XİN başçısı: “Bizə mütləq sülh lazımdır”

Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Cənubi Qafqazda cərəyan edən proseslərdən danışıb. 

Oxu.Az-ın məlumatına əsasən, H.Çətin bildirib ki, Ermənistan rəhbərləri erməni diasporunun maraqlarını ifadə etməməlidir.

“Erməni diasporu Ermənistanın qərarlarına təsir edir, Ermənistan rəhbərləri qərar verərkən özünün iradəsinə güvənməlidir”, - deyə H.Çətin əlavə edib.

O qeyd edib ki, hazırda münaqişə zamanı deyil, indi sülh və təhlükəsizlik vaxtıdır: “Qafqaz böyük potensiala malikdir. Biz bu potensialı düzgün dəyərləndirməliyik. Bizə mütləq sülh lazımdır, Azərbaycan da buna çalışır”, - deyə H.Çətin bildirib.

Eks-nazir qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindədir.

Aqşin Kərimov

ÖNCEKİ HABER

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

SONRAKİ HABER

Binəli Yıldırım Nikol Paşinyana ÇAĞIRIŞ ETDİ