Azərbaycanda avtobus aşdı – YARALILAR VAR

Azərbaycanda avtobus aşdı – YARALILAR VAR

ÜMİDTV.com:       Samux rayonunun Füzuli kəndi ərazisində yerləşən istixananın işçilərini daşıyan mikroavtobus aşıb.

Bəhram Məmmədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobus hərəkətdə olan zaman, önünə çıxan uzunqulağa quşulmuş qoşquya çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.

Hadisə nəticəsində mikroavtobusda olan 11 nəfər xəsarət alıb. Onlar Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Onlardan 2000-ci il təvəllüdlü Rəşad Vidadi Oğlu Orucovun və daha bir nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti normal və qənaətbəxşdir, bəziləri müayinə edildikdən sonra evə buraxılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Allah şəfa versin !

ÖNCEKİ HABER

Gəncə şəhərində əməliyyat keçirildi - SON DƏQİQƏ

SONRAKİ HABER

Bu gün hava necə olacaq? - PROQNOZ