İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Anım Gününə və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş “Zəfər kuboku” mini-futbol turniri başa çatıb.
Sentyabrın 25-də start verilmiş turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 45 komandası iştirak edirdi.
Noyabrın 13-də keçirilən final görüşündə Dövlət Vergi Xidmətinin Aparatı ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı ərazi idarəsinin komandaları qarşılaşıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı ərazi idarəsinin komandası qalib gəlib.
Çempionatda ilk üç yeri tutan komandalara və nominasiyalar üzrə fərqlənən idmançılara fəxri fərman, pul mükafatı və hədiyyələr, çempionatın qalibinə isə kubok və pul mükafatı təqdim edilib.