• 19 Eylül 2024 Perşembe

Ermənilər Kəlbəcər istiqamətində təxribat törədib: Atışma davam edir - RƏSMİ+VİDEO

Ermənilər Kəlbəcər istiqamətində təxribat törədib: Atışma davam edir - RƏSMİ+VİDEO

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 13-ü günorta saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan, snayper tüfəngi və qumbaraatanlardan da istifadə etməklə atəşə tutub.

 

MN-dən Oxu.Az-a verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri qarşı tərəfin təxribatının qarşısını almaq üçün adekvat tədbirlər görür, hazırda bu istiqamətdə atışma davam edir.

 

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

 

ÖNCEKİ HABER

Sabirabadda 48 yaşlı kişi özünü yandırdı

SONRAKİ HABER

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sədr təyin olunub