• 19 Eylül 2024 Perşembe

MƏCİD MÜBARİZOĞLU MƏNSİMOVUN İLK KLİPİ YAYIMLANDI – ÜMİDTV VIDEO

MƏCİD MÜBARİZOĞLU MƏNSİMOVUN İLK KLİPİ YAYIMLANDI – ÜMİDTV VIDEO

ÜMİDTV:      Türkiyədə yaşayan, istedadlı vətənpərvər gənc azərbaycanlı Məcid Mübarizoğlu Mənsimovun ilk möhtəşəm klipi yayımlandı.  Klipin musiqisi Türk dünyasının sevimli vətənpərvər bəstəkarı Sevinc Tofiqqızına, ifası Məcid Mənsimova, rejissor işi Hakan Ocala məxsusdur. Klipin musiqi anlamı və ifa məzmunu mahiyyət etibarı ilə Məcid Mənsimovun simasında gənclərin həyat yolunda mərdliyi, müdrükliyi, vətənə, millətə sevgi, zəhmətkeşlik  və qayğıkeşliyi tərənnüm edir, bu amillər uğura aparan yolun  istiqamətverici nümunəsindən bəhs edir.

Gənc istedadlı ifaçının atası Mübariz Qurbanoğlu Mənsimov  sosial mediada  oğlu və klip haqqında münasibətini belə ifadə edib.

“Mənim qürurum, böyük oğlum Məcid. Bu adı ona verəndə çox düşünmədim. Babam Məcidin adını daşıyır. Babam əsl kişi, çox dəyərli bir insan olub. Dürüst, mərd və ən əsası gözəl insan…

Ona görə də oğlum Məcid bu adın məsuliyyətini çox gözəl başa düşür və layiqincə də daşıyır. Bu əsəri bizə ailəmizin dostu, sevimli bəstəkar Sevinc xanım hədiyyə edib. “Uğura aparan yol” adlanır. Mən ümid edirəm ki, bütün yollar oğlumun üzünə açıq olar. Uğurları bol olar”.

Bəstəkar Sevinc Tofiqqızı da Ümid Televiziyası ilə arzularını bölüşdü. “ Mən bu əsəri bəstələyərkən istedadlı gəncləri düşündüm.  Mən, Məcid Mənsimovun timsalında bu bəstəni gənclərimizə həsr edib, onlara getdikləri yolda büdrəməməyi, vətəni sevməyi, xalqına məhəbbət bəsləməyi, uca zirvələri fəth etmək üçün həyat yollarını vətənpərvərliyə kökləməyi  daim uğurlarının bol olmasını arzulayıram. Məcid Mənsimov istedadlı vətənpərvər və məsuliyyətli gəncdir. Onun zirvələrə ucalacağına inanıram. ”.

Klip ötən gün İraq, Kərkük və Türkmənistanın televiziyalarında da yayımlanıb.

Qeyd edək ki, bu gün Məcid Mənsimovun həm də doğum günüdür. Ümid Televiziyası olaraq biz də gənc ifaçı Məcid Mənsimovu ilk möhtəşəm klipi və doğum günü münasibətilə təbrik edirik, ona uğurlu gələcək arzulayırıq.  

Məcid Mənsimovun ifasında “Uğura gedən yol” adlı klipi tam şəkildə təqdim edirik.

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

 

 

ÖNCEKİ HABER

Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

SONRAKİ HABER

Ermənistan XİN: “İlham Əliyev - Paşinyan görüşünün fərqli format və müddətləri müzakirə olunur”