Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti Gəncədə polis baş serjantının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün noyabrın 24-də saat 07:30 radələrində baş verib.
Belə ki, Gəncə Şəhər Regional Mühafizə İdarəsində mülki mühafizə xidməti üzrə mühafizəçi Emin Əliyev xidmətdə olarkən idarə etdiyi “Fiat Albella” markalı avtomobillə Gəncə şəhərində hərəkətdə olarkən idarəetməni itirib və küçədə yerləşən mağazalardan birinə çırpılıb.
Nəticədə avtomobildə olan polis baş serjantı Renat Əliyev aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən həyatını itirib, sürücü E.Əliyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Gəncə Baş Polis İdarəsində araşdırma aparılır.