“Böyük Qayıdış” Gənclər Təşkilatının üzvləri Ümummilli lider Heydər Əliyevi ehtiramla yad ediblər - FOTO

“Böyük Qayıdış” Gənclər Təşkilatının üzvləri Ümummilli lider Heydər Əliyevi ehtiramla yad ediblər - FOTO

12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvləri, Vətən müharibəsi qaziləri və keçmiş məcburi köçkün gənclər Fəxri Xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.  

Gənclər tərəfindən sevgi və ehtiramla yad edilən Ulu Öndərin fəaliyyətində gənclərə diqqət və qayğı, onların vətənpərvərlik tərbiyəsi hər zaman ön planda olmuşdur. “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Ümummilli lider Heydər Əliyevin bir vaxtlar səsləndirdiyi bu fikirlər bu gün ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsasını təşkil edir. Məhz öz tarixinə bələd olan, milli ruhda tərbiyə almış Azərbaycan gəncliyi xalqımızın tarixində möhtəşəm səhifə açmış 44 günlük Vətən müharibəsində Heydər Əliyev ideyalarının layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək həm ön cəbhədə ordu sıralarında, həm də arxa cəbhədə ona olan böyük etimadı doğrultdu, otuz ilə yaxındır düşmən tapdağında olan torpaqlarımızın azad olmasında və tarixi Zəfərin qazanılmasında misilsiz şücaət, əsl qəhrəmanlıq nümunəsi göstərdi. 

 

Artıq gənclər Ulu Öndərin məzarını anım günündə böyük qürur hissi ilə, müzəffər xalqın gəncləri olaraq ziyarət edirlər. 

Ruhun şad olsun, hər zaman gənclərin qəlbində yaşayan Ulu Öndər!

 

ÖNCEKİ HABER

Zəngilan Beynəlxalq Hava Limanında son işlər - VİDEO

SONRAKİ HABER

Heydər Əliyevin xatirəsi İstanbulda ehtiramla anılıb - FOTO