İki metro stansiyanın girişi açıldı

İki metro stansiyanın girişi açıldı

ÜMİDTV.com:         Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq avqustun 21-dən metronun "28 May” və "Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "28 May” və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcəklər.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələri və sosial məsafəni gözləmələri xahiş edilir. Tövsiyə olunur ki, "BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

 

ÖNCEKİ HABER

Həyatda qalan azərbaycanlı "qanuni oğrular" - SİYAHI / FOTOLAR

SONRAKİ HABER

Lotu Qulinin yerinə namizədlər açıqlandı - Bazarları yenidən bölüşdürməyə hazırlaşırlar - FOTO