Əfqanıstanda dolların alqı-satqısı qadağan olundu

Əfqanıstanda dolların alqı-satqısı qadağan olundu

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatı milli valyuta olan əfqaninin son günlər kəskin ucuzlaşması ilə əlaqədar dollar alqı-satqısını qadağan edib.

Məlumata görə, ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb.

Hərəkatın nümayəndələri mövcud vəziyyətlə bağlı hələlik şərh verməyiblər.

Qeyd edək ki, oktyabrın 6-da Əfqanıstan Mərkəzi Bankı ölkədə bütün ticarət əməliyyatlarının yalnız yerli valyuta ilə həyata keçirilməli olduğu barədə fərman verib. “Taliban” rəsmiləri isə iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanların cəzalandırılacağını bildiriblər.

Mənbə: TASS

ÖNCEKİ HABER

Rusiya Ukraynada fosfor bombaları istifadə edir

SONRAKİ HABER

“Mercedes” Formula1 Konstruktorlar Kubokunun qalibi oldu