Bu gün Azadsöz.AZ-ın 1 yaşı tamam olur.
UmidTv Azərbaycan xəbər verir ki, azadsoz.az saytı 1 yaşını qeyd edir. Bu barədə saytın rəhbəri Səbuhi Eltonlu məlumat verib. Sayt rəhbəri qeyd edib ki, "22.03.2021-ci il tarixdən fəaliyyətə başlayan xəbər saytı bir il ərzində özünəməxsus fəaliyyət xətti ilə seçilib və qısa müddət ərzində kifayət qədər geniş izləyici audutoriyası formalaşdırmağa müvəffəq olub. Saytın əsas məqsədi ölkədə və dünyada baş verən müxtəlif yönümlü hadisələrlə oxucuları xəbərdar etmək olub. Obyektivliyi və qərəzsizliyi hədəfə alan sayt 7/24 saat müddətində oxucuların xəbər ehtiyaclarını tam şəkildə ödəməyi bacarıb.Yeniliklər axtarışında olan sayt rəhbərliyinin və kollektivin əsas məqsədi media sahəsində aparıcı mövqedə dayanmaqdır".
ÜmidTv Azərbaycan olaraq saytın rəhbəri Səbuhi Eltonlunu azadsoz.az saytının 1 yaşı münasibətilə təbrik edirik, azadsoz.az xəbər portalına gələcək fəaliyyətində uğurlar arzulayırıq.