• 19 Eylül 2024 Perşembe

Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib - FOTO/VİDEO

Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib - FOTO/VİDEO

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə hərbi pilotları müxtəlif təyyarələrdə nümunəvi birgə uçuşları icra edib.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki qardaş ölkənin hərbi təyyarəçilərinin çətin pilotaj manevrlərlə uçuşlarını iştirakçılar alqışlarla qarşılayıblar.

 

Eyni zamanda, festivalda Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları katerlərlə izləyicilərə həyəcanlı anlar yaşadıblar. HDQ-nin xüsusi təyinatlılarının sərt gövdəli kater və hava yastıqlı qayıqlarla sahil əməliyyatları üçün nəzərdə tutulmuş manevrləri də izləyicilərin böyük marağına səbəb olub.

 

Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunub.

 

 

 

ÖNCEKİ HABER

Rusiyadan idarə edilən “Telegram” kanalı Ukraynadakı mülki şəxslərin qətlinin təlimatını yayıb - FOTO

SONRAKİ HABER

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - FOTO/VİDEO