Bərdədə tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyevlə birləşərək qardaşı Səxavət Nəzərovu öldürən 1984-cü il təvəllüdlü İnayət Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə 18 il 6 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib. Belə ki, İnayət dostu Şəhriyarla qabaqcadan əlbir olaraq Hacallı kəndi ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.
Hadisənin baş verməsinə isə qısqanclıq səbəb olub. Bu barədə İ.Nəzərovun özü məhkəmədə ifadəsində bildirib. O qeyd edib ki, ötən ilin fevralında S.Nəzərov onun arvadı ilə cinsi əlaqədə olub və bunu gözləri ilə görüb. Hadisədən sonra İnayət arvadı ilə boşanıb. Bundan sonra İ.Nəzərovun qardaşı Səxavətlə münasibəti kəskinləşib, hətta Səxavəti döyərək ona xəsarət yetirib.
Mənbə: Oxu.az