“Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibəti Rusiyada yüksək qiymətləndirilir”.
“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirilən birgə mətbuat konfransında bildirib.
“Əsrlər boyu xalqlarımızı birləşdirmiş və bizə miras qalmış dostluğu möhkəmləndirməkdə davam edirik. Azərbaycanın rus dili və mədəniyyətinə nümunəvi münasibətini yüksək qiymətləndiririk”, - Lavrov deyib.
O, dövlətlər arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, payızda Rusiyada Azərbaycan Mədəniyyət Günləri festivalı davam edəcək, həmçinin Rusiya teatrlarının Azərbaycana qastrolları baş tutacaq.
“Bu sahədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb”, - XİN başçısı diqqətə çatdırıb.
Mənbə: Oxu.az