• 19 Eylül 2024 Perşembe

Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi

Ruslan Abışovun qardaşına federasiyada vəzifə verildi

Azərbaycan Minifutbol Federasiyasının mətbuat katibi müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Sərxan İbrahimoğlu federasiyanın mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, S.İbrahimoğlu Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin “İdman” telekanalında redaktor vəzifəsində çalışır.

O, “Zirə” klubunun futbolçusu Ruslan Abışovun böyük qardaşıdır. Sərxan İbrahimoğlu minifutbol komandası ilə birgə Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatı üçün ezam olunan yeganə jurnalist olub.

Səbuhi Musa

ÖNCEKİ HABER

Azərbaycanlı Paralimpiya çempionu zəhərlənib: “Nəsə yemişdi, vəziyyəti pis idi”

SONRAKİ HABER

ABŞ Prezidenti 907-ci düzəlişlə bağlı qərar imzaladı