ÜMİDTV: Bu gün Mübarizlər, qardaş Türkiyədən dövlət dəstəyi ilə, işğaldan azad olunmuş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı ziyarətə gələn, Türk dünyasının fəxri, tanınmış jurnalist Seyfullah Türksoyla tarixi bir görüşə imza atdılar.
Görüş zamanı Seyfullah Türksoy qardaşımız Azərbaycan Türkiyə qardaşlığ münasibətlərinə dair və ziyarət etdiyi Xarı bülbülün vətəni müqəddəs Şuşa torpağından xoş təəsüratlarını bizimlə bölüşdü.
Bakının mənzərəli məkanında yerləşən, cənub mətbəxinin təamlarını sərgiləyən "Ləvəngi" Restoranında, Seyfullah Türksoy qardaşımızın şərəfinə ziyafət təşkil edildi.
Görüş zamanı, Mübarizlərdən Eldost Ağaverdiyev Seyfullah Türksoya xatirə olaraq Xarı bülbül simvolunu hədiyyə etdi.
Bir il Azərbaycanın fəxri Mübariz Mənsimovun müdafiəsində yorulmadan mübarizə aparan bütün mübarizsevər bacı və qardaşlarımızla bir araya gəlmək arzusunun olmasını dilə gətirən Seyfullah Türksoy, bu görüşdə iştirak edən və etməyənlərin hər birinə xoş arzularını bildirdi.
Görüşün sonunda xatirə şəkilləri çəkildi.
Biz də öz tərəfimizdən Seyfulla bəyə öz xoş arzularımızı bildirir, Vətənə xoş gəlmişsiniz deyirik.
Rəhman Əhmədoğlu / ÜmidTv