“Semaşko”da niyə dava düşdü? – VİDEO

“Semaşko”da niyə dava düşdü? – VİDEO

Bakıda 1 sayılı Şəhər Klinik Xəstəxanasında xoşagəlməz anlar yaşanıb. 

 

Belə ki, xəstəxanaya müraciət edən şəxslər əvvəlcə növbə üstündə əlbəyaxa olublar. Daha sonra onların mübahisəsinə ətrafdakılar müdaxilə edib. 

Mərkəzin mətbuat xidmətinin sözçüsü Elnur Hidayətoğlu sözügedən videoya münasibət bildirilib. 

“Çox təəssüf olsun ki, bu cür hadisələr yaşanır. Vətəndaşlarımız icbari tibbi sığortadan yararlanmaq üçün xəstəxanaya müraciət edir. Bu zaman təbii ki, növbə prinsipi olur və kadrlardan da göründüyü kimi, vətəndaşlar növbəyə görə dalaşır”, – deyə o qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

 

 
ÖNCEKİ HABER

Leyla Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

SONRAKİ HABER

Çörəyin çəkisində azalma var – VİDEO