VƏTƏNPƏRVƏR BƏSTƏKAR SEVİNC TOFİQQIZININ YENİ KLİPİ YAYIMLANDI – VİDEO

VƏTƏNPƏRVƏR BƏSTƏKAR SEVİNC TOFİQQIZININ YENİ KLİPİ YAYIMLANDI – VİDEO

Türk dünyasının vətənpərvər bəstəkarı Sevinc Tofiqqızının yeni klipi işıq üzü gördü.

Musiqisi Sevinc Tofiqqızına məxsus olan 2022-ci ilin uğurlu kliplərindən olan “SƏNSƏN” klipinin sözləri Cavid Qurbanova məxsusdur. Cavid Qurbanovun sözlərinə bəstələnən yeni mahnını Özbəkistanın əməkdar artisti Mohichehra Shamuratova ifa edib. Sevinc Tofiqqızının yeni bəstəsi olan “SƏNSƏN” mahnısına çəkilən klipə də elə mahnının ifaçısı olan Özbəkistanın əməkdar artisti Mohichehra Shamuratova çəkilib.  Bu möhtəşəm klipin primeryası da artıq Özbəkistanın musiqi televiziyasında nümaiş etdirilib.  Həmçinin qeyd edirik ki, vətənpərvər Bəsətəkar Sevinc Tofiqqızının yeni bəstəsi olan “SƏNSƏN” klipi  ilk dəfə Ümid Tv Azərbaycan kanalında yayımlanıb.

ÜmidTv Azərbaycan kanalı olaraq hər zaman yeni bəstələri ilə izləyiciləri heyrətləndirən Vətənpərvər Bəstəkar Sevinc Tofiqqızına gələcək fəaliyyətində də uğurlar arzu edirik.

Klipi təqdim edirik.

 

ÖNCEKİ HABER

Salyan Rayon Prakrorlugunda işləyən İlhamə X. Quliyevlər ailəsini yurdlarından etdi.

SONRAKİ HABER

Ərdoğan Consonla görüşdü