Qadınların pensiya yaşı azaldılacaq?

Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur
Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, məsələ "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir: "Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur".
ÖNCEKİ HABER

Xırdalana niyə metro çəkilməyəcək? - RƏSMİ AÇIQLAMA

SONRAKİ HABER

Prezident Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib