Erməni diversiya qrupunun komandiri əsir götürüldü

Erməni diversiya qrupunun komandiri əsir götürüldü

ÜMİDTV.com:        Avqustun 23-də saat 05:45 radələrində cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin  məlumata görə, cəbhənin bu istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Döyüş zamanı erməni diversiya qrupunun komandiri, ilkin dindirməyə görə baş leytenant Qurgin Alberyan əsir götürülüb.

"Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür" - deyə nazirlikdən bildirilib.

ÖNCEKİ HABER

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ

SONRAKİ HABER

Ramiz Mehdiyev bizi aldadıb – Siyavuş Novruzov