Ermənistanda "dedovşina": Qeyri-döyüş şəraitində ölən hərbçilər ARTIR

 Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı hər il artır
 
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı hər il artır.

Bu barədə Ermənistan Ombudsman Aparatının hərbi qulluqçuların hüquqlarının müdafiəsi şöbəsinin müdiri Andranik Yeqoyan məlumat yayıb.

O, hərbçilər arasında intiharların da sayının dinamik şəkildə artdığını vurğulayıb.

"Bu itkilər, orduda nizam-intizamla bağlı ciddi problemlərin olduğunu göstərir", - Ermənistan rəsmisi bildirib.

Məlumata görə, 2018-ci ildə 63, 2019-cu ildə 49, 2020-ci ildə 54, 2021-ci ildə 58, 2022-ci ildə 64 hərbçi qeyri-döyüş şəraitində ölüb. "2023-cü ildə isə daha çox ölüm halı qeydə alınıb", - o deyib.

Qeyd edək ki, hüquq müdafiəçiləri Ermənistan ordusunda "dedovşina" hallarının artmasından narahat olduqlarını bildiriblər.
ÖNCEKİ HABER

Abutalıbovun hədiyyə etdiyi çimərlik üstündə dava - Məşhur sahibkarın oğlu həbs olunub

SONRAKİ HABER

"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar