Bakıda qanunsuz tikililər söküldü - Video

 Bakıda qanunsuz tikililər sökülüb
 
Bakıda qanunsuz tikililər sökülüb.

Bu barədə Yenixeber.org-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hissəsində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb.

ÖNCEKİ HABER

Səhiyyə Nazirliyi valideynlərə çağırış etdi

SONRAKİ HABER

SABİRABADDA OLAN DƏHŞƏTLƏ BAĞLI TƏCİLİ MƏLUMAT: QORXUNC XƏSTƏLİKLƏR "YATAĞI" ÜZƏ ÇIXDI?-VİDEO