Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq - ÜNVANLAR

Azərbaycanın və Bakının böyük hissəsində su olmayacaq - ÜNVANLAR

ÜMİDTV.com:        Kür çayında bulanıqlığın artması ilə əlaqədar Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırıldığından Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Saatlı, Sabirabad rayonlarına, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

ASC istehlakçılara içməli sudan qənaətlə istifadə etmək tövsiyə edir.

ÖNCEKİ HABER

Azərbaycanda bu gənclər mənzillə təmin olunacaq

SONRAKİ HABER

Azərbaycan neftinin qiyməti 45 dolları ötüb