“Fransızlara Ukraynada döyüşməyi qadağan edə bilmərik”

 Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynada fransalı muzdluların döyüşməsi barədə məlumatı “Rusiyanın informasiya müharibəsinin” bir hissəsi adlandırıb
 Fransanın müdafiə naziri Sebastyan Lekornyu Ukraynada fransalı muzdluların döyüşməsi barədə məlumatı “Rusiyanın informasiya müharibəsinin” bir hissəsi adlandırıb.

Lekornyu bu barədə “LCI” telekanalına danışıb.

O, bununla belə, Ukraynada Fransa vətəndaşlarının döyüşdüyünü etiraf edib: “Ukraynada ölkənin forması altında döyüşməyə yollanan mülki fransızlar var. Biz onlara bunu qadağan edə bilmərik, biz demokratik ölkəyik. Həmin şəxslər Fransa Silahlı Qüvvələri ilə əlaqəli deyil, Fransa hərbi formasını geyinmirlər və bizim hərbi institutlarımızla bağlı deyillər”. 

Lekornyu Fransanın Ukraynaya hərbi dəstəyini davam etdirmək niyyətində olduğunu da vurğulayıb. 

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi yanvarın 17-si Xarkovda xarici muzdlu döyüşçülərin yerləşdiyi obyektə zərbə endirildiyini açıqlayıb. Həmin muzdluların əsas hissəsini fransız döyüşçülərin təşkil etdiyi bildirilib. Nazirliyin məlumatına görə, zərbə nəticəsində 60-dan çox muzdlu ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib. Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova fransalı səfirin nazirliyə çağırıldığını açıqlayıb. Səfir yanvarın 19-u nazirliyə gedib. 
ÖNCEKİ HABER

Prezident Şəhidlər xiyabanını ziyarət etdi

SONRAKİ HABER

“Təcili yardıma” ehtiyacı olan Rauf Nağıyev - AXI NİYƏ?