Fransa Aralıq dənizini ÇİRKLƏNDİRİR

Fransa uzun illərdir Aralıq dənizini çirkləndirir
Fransa uzun illərdir Aralıq dənizini çirkləndirir.

Xalqxeber.az BFMTV kanalına istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən “Alteo” alüminium zavodu Aralıq dənizinə zəhərli tullantıların atılması faktı ilə bağlı istintaqa cəlb edilib.

İddialara görə, zavod 2016-cı il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək birbaşa və ya dolayısı ilə Aralıq dənizinin flora və faunasına zərər vurub.

“Le Monde” qəzeti isə yazır ki, 2016-2021-ci illər ərzində ümumilikdə 64 qanun pozuntusu qeydə alınıb.
ÖNCEKİ HABER

Bakıda 34 yaşlı piyadanı maşın vurdu

SONRAKİ HABER

Axtarışda olan şəxs Kolumbiyadan Azərbaycana gətirildi