Şuşada İslam Dünyasının Mədəniyyət Forumu keçiriləcək - QƏRAR

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək

“Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı silsilə tədbirlər keçiriləcək.

Bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb.

İl ərzində keçiriləcək tədbirlərin saiyahısı aşağıdakı kimidir:

- Şuşada İslam Dünyasının Mədəniyyət Forumu;

- Şuşada İslam Əməkdaşlığı Təşkilatının mədəni irsin mühafizəsinə həsr olunmuş beynəlxalq konfransının keçirilməsi;

- “İslam dünyasının itirilməkdə olan qeyri-maddi mədəni irs nümunələri” mövzusunda dəyirmi masa və sərginin keçirilməsi;

- “İslam Əməkdaşlığı Təşkilatı Ölkələrinin İqtisadiyyatı” kitabının təqdimat mərasiminin təşkili;

- “Şuşa - İslam Dünyasının Mədəniyyət paytaxtı 2024” poçt markasının və müvafiq internet resurslarının təqdimatı;

- Şuşanın və İslam ölkələrinin mədəni irsini əyani nümayiş etdirmək məqsədilə lentə alınmış, o cümlədən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin kosmosdan çəkilmiş təsvirlərindən ibarət sərgilərin təşkili.



ÖNCEKİ HABER

BİNƏQƏDİDƏ PARTLAYARAQ 10 NƏFƏRİN ÖLÜMÜNƏ BAİS OLAN SEX NEFT KƏMƏRİNİN ÜSTÜNDƏ TİKİLİBMİŞ?

SONRAKİ HABER

Raulun qətlinə görə 17 yaşlı şəxs saxlanıldı