Tramp yenidən 3-cü dünya müharibəsinin qarşısını alacağına söz verdi

 ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni müddətə seçiləcəyi təqdirdə 3-cü dünya müharibəsinin qarşısını alacağını bildirib
 
ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni müddətə seçiləcəyi təqdirdə 3-cü dünya müharibəsinin qarşısını alacağını bildirib.

O, bu barədə Nyu-Hempşirdə tərəfdarları qarşısında çıxışı zamanı söz verib.

Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll edə biləcəyini vurğulayıb. Eyni zamanda siyasətçi əlavə edib ki, əgər o, dövlət başçısı kimi qalsaydı, böhranın qarşısını almaq olardı.

Keçmiş ABŞ lideri deyib ki, əgər ABŞ prezidenti “zəif insan” olmasaydı, Qəzza zolağında münaqişənin də qarşısını almaq olardı.

Əvvəllər Tramp dəfələrlə yeni dünya münaqişəsinin qarşısını almaq qabiliyyətindən danışıb. Onun sözlərinə görə, o, əsas dünya liderlərini tanıyır, ona görə də onları nüvə partlayışlarına başlamamağa inandıra bilər.

Əslində isə Trampın “sülh düsturu” bəsitdir. O, Rusiyanın iddialarını təmin etməyi, Kremlin qabağından qaçmağı, Putinə təslim olmağı çıxış yolu sayır.(Musavat.)
ÖNCEKİ HABER

Quru sərhədlərimiz 4 ildir “tikanlı məftil”ə çevrilib - itirən dövlət, xalq və iqtisadiyyatdır

SONRAKİ HABER

İlham Əliyev Aleksey Overçuku qəbul etdi