Demokratlar Baydenin qalib gələcəyinə inanmır

Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər
Demokratik Partiyanın üzvləri bu ilin noyabrında ABŞ-da keçiriləcək seçkilərdə ölkənin hazırkı Prezidenti Co Baydenin qalib gəlmək şansını aşağı hesab edirlər.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentlik qeyd edir ki, partiyanın bəzi üzvləri Baydenin ikinci müddətə ABŞ prezidenti seçilmək şansından narahatdırlar. Narahatlıq onun yaşı (81), yüksək qiymətlər və administrasiyanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyi səbəbindən səs itirməsidir. Agentliyin söhbət etdiyi demokrat konqres üzvləri ABŞ-ın hazırkı prezidentini autsayder hesab edirlər.
ÖNCEKİ HABER

Eyvaz İsmayılov hansı qanunla işləyir? - ETİRAZ

SONRAKİ HABER

Zelenski 65 ukraynalının öldüyü qəzadan danışdı