Mehriban Əliyeva təşəkkür etdi

Mehriban Əliyeva təşəkkür etdi

ÜMİDTV.com:          Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə ona təbrik ünvanlayanlara təşəkkür edib.

Bununla bağlı Birinci vitse-prezidentin “İnstagram” hesabında paylaşım edilib:

“Nə qədər saf, təsiredici sözlər, gözəl, xoş arzular! Bu qədər ürəkdən ifadə edilmiş hisslər! Ad günü təbriklərinə görə hamıya minnətdaram! Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!

Qəlbləri hərarətləndirən duyğu və sözlərinizə görə çox sağ olun! Sizin hər birinizə və doğmalarınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, tükənməz sevgi və xoşbəxtlik arzulayıram!”

ÖNCEKİ HABER

Bakıda vəzifəli şəxsin toy məclisində iştirak edənlər cəzalandırıldı - FOTO

SONRAKİ HABER

Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır