Baş nazir qərar imzaladı- Bu şəxslərin maaşları ARTIRILDI

 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib
 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri yeni redaksiyada təsdiq edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Hərbi qulluqçuların aylıq vəzifə (tarif) maaşlarının məbləğləri məxfi olduğundan açıqlanmır.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.

Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
ÖNCEKİ HABER

AYNA şefinin PARKLAMA BAZARI... - ETİRAZ

SONRAKİ HABER

Azərbaycanda "WhatsApp+" istifadəçilərinə təcili xəbərdarlıq edildi - Diqqət!