Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur
Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur.

Bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb:

"İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq".

O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək:

"Növbəti illər üçün kənd əhalisinin sayı təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır".
ÖNCEKİ HABER

Prezident daha 1 sərəncam, 4 fərman imzaladı

SONRAKİ HABER

Qeydiyyat və notariat baş idarəsinin əməkdaşları 57-ci və 10-cu maddələrinin tələblərinə məhəl qoymurlar- ÖZBAŞINALIQ