Naxçıvan təhsilində ŞIDIRĞI ALVER GEDİR... - BU DA FAKT!!!

Naxçıvandakı təhsil şöbələrinin yerli təhsil nazirliyi ilə əlbir olub, orta məktəb attestatlarını şagirdlərə pulla satdığı bildirilir
Naxçıvandakı təhsil şöbələrinin yerli təhsil nazirliyi ilə əlbir olub, orta məktəb attestatlarını şagirdlərə pulla satdığı bildirilir. Valideynlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, attestatlar əsasən dolanışıq ucbatından ailəsi Türkiyəyə köçən, bu səbəbdən məktəbdən qalan uşaqlara pulla təklif olunur.

Şikayətçilər bildirir ki, uşaqlar hazırlaşıb, imtahan yoluyla attestatlarını almaq istəsələr də, təhsil şöbələri onları qəsdən imtahandan kəsirlər. Məqsəd isə, valideynlərdən pul qoparmaqdır.

Oxşar problemlə üzləşən valideynlərdən biri də Babək rayon Nehrəm qəsəbə sakini Məhəmməd Hüseynovdur. Onun başına gələnləri öz dilindən aşağıdakı videosüjetdə izləyə bilərsiniz.

video burda - bura tıkla
ÖNCEKİ HABER

Azərbaycanda “Ödəniş agentləri ilə işin təşkili Qaydası” təsdiq edilib

SONRAKİ HABER

Türkiyənin təhsil naziri Azərbaycana səfərə gəlir