Silahlılar iki kəndin 30 sakinini öldürdü

Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb
Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb.

Bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib.

"Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - deyə o bildirib.

M.Qindo əlavə edib ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil.
ÖNCEKİ HABER

Yaşlı qadını qucağına alan yeniyetmə hansı xəstəxanadadır? - VİDEO

SONRAKİ HABER

AB səfirləri razılaşdı: Rusiyanın dondurulmuş aktivləri...