Prokurorlara yeni səlahiyyət verilir

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək
Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.
Yenixeber.org xəbər verir ki, bu, Milli Məclisdə müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.

Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
ÖNCEKİ HABER

"3 ildir ki, vəziyyət belədir..." - İşçilər soyuqdan donub...

SONRAKİ HABER

Aysel Süleymanova vəzifəsindən ayrıldı - ÖZÜ AÇIQLADI