Hacıqabulda maşın dərəyə aşıb, xəsarət alanlar var

Hacıqabulda yol qəzası baş verib

Hacıqabulda yol qəzası baş verib.

Arazmedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Sərt döngədə idarəetməni itirən minik maşını dəmir səddi qıraraq dərəyə aşıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Avtomobildə olan sərnişinlərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Hacıqabulda maşın dərəyə aşıb, xəsarət alanlar var

ÖNCEKİ HABER

Masallıda qanunsuz ov edən şəxslər saxlanıldı

SONRAKİ HABER

Sərhəddə 934 minlik qaçaqmal aşkarlanıb