Buraxılış imtahanlarının tarixi açıqlandı - Cədvəl

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumatda bildirilib.

Qeyd edilib ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 aprel 2024-cü ildə keçiriləcək.

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış olmaq mümkündür:

Qeyd edilib ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.

İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
ÖNCEKİ HABER

Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı

SONRAKİ HABER

"Bu dəfə 36 saata 30 manat aldılar..." - ETİRAZ