DİN Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı AÇIQLAMA YAYDI

DİN Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı AÇIQLAMA YAYDI

ÜMİDTV.com:         Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bərdədə 17 yaşlı qızın qaçırılması ilə bağlı yayılan məlumatla bağlı açıqlama verib.

DİN-in Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı bu il mart ayının 29-da qızın atası E.H. Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) gedərək qızının qaçırılması barədə ərizə ilə müraciət edib:

“Müraciətlə əlaqədar olaraq Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Araşdırmalar zamanı şikayətçinin qızı ailəsinin onu sevmədiyi birinə ərə verəcəyini əsas gətirərək öz arzusu ilə Nurlan adlı şəxslə birlikdə evlənmək məqsədi ilə getdiyini bildirib”.

Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı qızın 2 dəfə evlənib-boşanmış şəxs tərəfindən qaçırıldığı barədə məlumat yayılıb. Bildirilib ki, ailəsi qızın evə qayıtmasını istəyir, lakin onunla danışmağa belə imkan verilmir.

ÖNCEKİ HABER

SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ

SONRAKİ HABER

Sabahdan daha bir qadağa qüvvəyə minir - RƏSMİ