Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri bağlandı - DETALLAR

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olmuş şirkətlərdən biri ləğv edilib.

İqtisadiyyat.az xəbər verir ki, söhbət əczaçılıq xidmətləri göstərən "Nəxşicahan Med” şirkətindən gedir.

Belə ki, şirkət rəsmən fəaliyyətini dayandırdığını elan edib, bununla yanaşı şirkətin hazırda 100 000 manatdan artıq vergi borcu yığılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl işçiləri "Nəxşicahan Med” barədə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Məhkəmə işi hakim Gülsüm Əliyevanın icraatına verilib.

Xatırladaq ki, "Nəxşicahan Med” 2014-cü ildə qeydiyyata alınıb.



ÖNCEKİ HABER

Hacı Salayev: Azərbaycanın güclənməsi AŞPA-nı oyuncağa çevirənləri narahat edir

SONRAKİ HABER

Azərbaycan generalları Anıtqəbri ziyarət etdilər