Gürcüstanda hakim partiya 70 faiz səs yığmağa iddialıdır

Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkilərdə parlamentdəki yerlərin 2/3-ni qazanacağını gözləyir

Gürcüstanın hakim partiyası qarşıdan gələn seçkilərdə parlamentdəki yerlərin 2/3-ni qazanacağını gözləyir.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın liderlərindən biri Mamuka Mdinaradze deyib.
"Əminliklə deyə bilərik ki, biz yalnız qələbə üçün deyil, konstitusiya çoxluğu üçün mübarizə aparacağıq. Bu, partiyamızın nəticələrinə münasibətimizdir. Biz bütün istiqamətlərdə daha da böyük irəliləyiş əldə etmək istəyirik", - deyə o qeyd edib
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Ölkə parlamentində yerlərin 2/3-ni əldə etmək üçün hansısa partiya 65-70 faiz səs almalıdır.


ÖNCEKİ HABER

"Şöbə rəisi dedi ki, yeyinti çoxdur, 175 min manat alıb getdi" - MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

SONRAKİ HABER

Qırmızı dənizdəki böhran ən çox bu ölkəyə TƏSİR EDİB