Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ

Bu hallarda məktəblər yenidən bağlanacaq - XƏBƏRDARLIQ

ÜMİDTV.com:         “Təhsil müəssislərinin açılması ilə bağlı təhsil naziri brifinqdə məlumat verib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, bu, hibrid xarakteri daşıyacaq təhsil proqramının həyata keçirilməsi olacaq: “Ancaq hansı valideyn istəyirsə, övladı məsafədən təhsilini davam etdirə bilər. Fərqli düşünən, təhsil müəssisələrinin açılmasını istəyən insanlar da çoxdur. Ona görə də vətəndaşlarımızın maraqlarına cavab verən ən yaxşı qərarların qəbul edilməsinə çalışırıq. Yoluxmalar olarsa, sinif, məktəb səviyyəsində tədrisin dayandırılması, hətta yoluxma geniş yayılarsa, ümumilikdə ənənəvi formada tədrisin dayandırılması barədə də qərar verilə bilər”.

ÖNCEKİ HABER

Operativ Qərargah toy və yas mərasimləri ilə bağlı məsələyə aydınlıq gətirdi - RƏSMİ

SONRAKİ HABER

Metronun fəaliyyəti ilə bağlı Operativ Qərargahdan AÇIQLAMA