Aşura mərasimi keçirənlər saxlanılıb

Aşura mərasimi keçirənlər saxlanılıb

ÜMİDTV.com:        Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan KİV-ə verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq, rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər xiyabanında bir qrup şəxsin toplaşaraq Aşura mərasiminin keçirilməsinə cəhd etdiyini aşkarlayıb.

Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər kənd sakini saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində toplanan material isə baxılması üçün rayon məhkəməsinə göndərilib.

DİN-in Mətbuat Xidmətindən KİV-ə verilən digər bir məlumatda isə bildirirlir ki, avqustun 30-da Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsi ilə əlaqədar məscidin qarşısına toplaşdıqları müəyyən olunub. Ümumilikdə 29 nəfər, həmçinin Ceyranbatan məscidinin axundu Kazım Əyyubov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib.

Polis Bölməsində onlarla izahedici söhbətlər aparılıb. Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə 29 nəfər barəsində inzibati protokollar tərtib olunaraq hər biri cərimə olunub.

Qeyd edək ki, saxlanılan şəxslər arasında mülki öhdəliklərini yerinə yetirmədiyi üçün axtarışda olan Abşeron rayon sakini Novruz Aslanov da olub.

 

ÖNCEKİ HABER

Qubadlının işğalından 27 il ötür

SONRAKİ HABER

Karantini pozan məşhur meyxanaçılar da cərimələndi - FOTOLAR