İsrail ABŞ-ı müharibə bataqlığında boğacaq - Abdullahian

İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq
İsrail hakimiyyəti Vaşinqtonu Yaxın Şərqdə, xüsusilə də Qəzzada müharibə bataqlığında boğacaq.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"İsrailin 4 aylıq müharibəsindən sonra bu gün görürük ki, Təl-Əviv qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmayıb. ABŞ-ın Netanyahuya davamlı dəstəyi açıq-aşkar uğursuzluğa səbəb olacaq. İsrail rejimi Yaxın Şərqdə ABŞ-ı müharibə bataqlığında boğmağa çalışır", - nazir deyib.

O, ABŞ-ı İsrailin Qəzzada törətdiyi cinayətlərə görə dəstək verməməyə çağırıb.
ÖNCEKİ HABER

Yetkinlik yaşına çatmayan şəxs ölkəni necə tərk edə bilər?

SONRAKİ HABER

Deputat Cavanşir Feyziyevin şirkəti təşkilati-hüquqi formasını dəyişir - BUNDAN SONRA...