ABŞ-də helikopter qəzası - 6 nəfər öldü

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb

ABŞ-nin Kaliforniya ştatının Nipton şəhərində Nevada sərhədi yaxınlığında göyərtəsində altı nəfərin olduğu “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb.

Bu barədə NBC televiziyası ABŞ-nin Federal Aviasiya Administrasiyasına istinadən məlumat verib.

Məlumata görə, hadisə nəticəsində sağ qalan tapılmayıb.

Federal Aviasiya Administrasiyası və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəza ilə bağlı araşdırmalara başlayıb.
ÖNCEKİ HABER

Beynəlxalq Kosmik Stansiyadan Bakının şəkli ÇƏKİLDİ

SONRAKİ HABER

Baydendə demensiya əlamətləri var - Professor