Britaniya Kralı xalqa müraciət edib

Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib
Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz səhhəti ilə maraqlanan hər kəsə təşəkkür edib.

Bu barədə TASS agentliyi məlumat yayıb.

O vurğulayıb ki, xərçənglə üzləşənlərin hamısı yaxşı sözlərin təsəlli və ruhlandırıcı olduğunu bilir.

III Çarlz əlavə edib ki, onun diaqnozunun hekayəsi ictimaiyyətin anlayışını yaxşılaşdırmağa kömək etdi və Böyük Britaniyada və dünyada xərçəng xəstələrini və onların ailələrini dəstəkləyən bütün təşkilatların işinə işıq saldı.

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kral III Çarlzın xərçəng xəstəliyinə tutulduğunu öyrəndikdən sonra şoka düşdüyünü bildirmişdi. O, xəstəliyin ilkin mərhələdə aşkarlandığı üçün monarxın tez sağalacağına ümid etdiyini söyləmişdi.
ÖNCEKİ HABER

Emin Əmrullayev, Ülkər Səttarova və ayı 21 mini aşan müqavilə... - Nazirlikdə maliyyə əməliyyatları əndazəni aşıb

SONRAKİ HABER

Beynəlxalq Kosmik Stansiyadan Bakının şəkli ÇƏKİLDİ