Bellinqhem “Real Madrid”də rekord qırdı

Real Madrid in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib
"Real Madrid" in yarımmüdafiəçisi Cud Bellinqhem İspaniya La Liqasının 24-cü turunda “Jirona” ilə oyunun (4:0) qəhrəmanlarından birinə çevrilib.

Görüş zamanı britaniyalı yarımmüdafiəçi iki qola imza atıb.

Beləliklə də, Bellinqhem Madrid klubunda keçirdiyi 29 görüşdə 20 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bununla da o, əvvəllər “Real Madrid”də oynamış beş görkəmli futbolçunun qol sayını ötüb: David Bekhem (13) , Maykl Ouen (13), Aryen Robben (11), Uesli Sneyder (11) və Mikael Laudrup (12).
Qeyd edək ki, Bellinqhem bu mövsüm komandanın bombardiridir. Cud 21-ci əsrdə bir La Liqa mövsümündə 15 qol həddinə çatan yeganə “Real Madrid” yarımmüdafiəçisidir.
ÖNCEKİ HABER

İlham Əliyev iranlı həmkarına təbrik məktubu ÜNVANLADI

SONRAKİ HABER

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var