Bakıda təlim avtomobili hərbi maşının altına girdi - FOTO

Bakıda təlim avtomobili hərbi maşının altına girdi: Avtomobildə qadınlar olub - FOTO

ÜMİDTV.com:       Bakıda xanım sürücünün idarə etdiyi təlim maşını qəzaya düşüb.

Hadisə Neftçilər prospektində baş verib. "KIA" markalı, 90 NS 734 dövlət nömrə nişanlı avtomobil öz zolağında hərəkət edən hərbi yük avtomobilinin qarşısına çıxıb. Nəticədə hərbi maşın minik avtomobilini vurub.

Qəza zamanı qadın təlimçi xəsarət almasa da, onun təlim keçdiyi xanım yüngül yaralanıb. Avtomobilə isə xeyli ziyan dəyib.

Hadisə yerinə gələn DYP əməkdaşları hər iki xanıma köməklik göstəriblər.

Faktla bağlı araşdırma aparılır. (Mənbə:  avtosfer.az)

 

ÖNCEKİ HABER

DİN Aşura ilə bağlı MƏLUMAT YAYDI

SONRAKİ HABER

Murad Dadaşov daha bir aparıcını “Xəzər”dən kənarlaşdırdı - FOTO