"Prius"la toqquşan yük maşını aşdı - Xəsarət alanlar var

 Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib
 Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib. ("Report")
ÖNCEKİ HABER

Şadlıq evləri, kafe və restoranlarda tibbi xidmət niyə yoxdur?

SONRAKİ HABER

Nizami rayonunda qanunsuz obyekt tikilir: Sakinlər şikayətçidirlər - VİDEO