Çində fabrikdə partlayış olub, ölənlər var

Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var
Çinin şərqindəki Szyansu əyalətində fabriklərin birində partlayış olub, ölənlər var.

"Xalqxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Haian şəhərinin (Şərqi Szyansu əyaləti) Fövqəladə Halların İdarə Olunması Departamenti məlumat yayıb.

Hadisə gecə saatlarında alüminium istehsalı müəssisəsində qeydə alınıb. Daha iki nəfərin itkin düşdüyü bildirilir.

Partlayış yerində xilasetmə işləri davam edir. Hadisənin səbəbi barədə məlumat verilməyib.
ÖNCEKİ HABER

Türkiyəli 29 yaşlı futbolçu xərçəngdən öldü

SONRAKİ HABER

Azərbaycanın daha iki cüdoçusu finala YÜKSƏLDİ